Azərbaycan xalqının ürəkdən dəstəklədiyi namizəd – FOTObackend

Gədəbəy rayonunun Plankənd, Çalburun və Çaldaş kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Gədəbəy rayonunun Plankənd, Çalburun və Çaldaş  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş komissiyasinin sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Müşfiq Bağırov, Seymur Söyünov, Mətanət Həsənova, Elxan İsmayılov, şəhid atası Fazil İsayev  və  başqaları çıxış ediblər. Qeyd olunub ki, son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazıldı. İndi isə qarşıda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq və Azərbaycanın dayanıqlı inkişafını təmin etmək prioritet olaraq qalır. Bu mübarizənin önündə getməyi bacaran, Azərbaycanı qələbədən qələbəyə aparan Lider var. O da Prezident İlham Əliyevdir.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Həmçinin, təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də  rayonun  Çaldaş kəndində seçicilərlə fərdi görüş keçirilib.