Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
“Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbərini dərin hüznlə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir”, – qeyd edilib.
Qeyd edək ki, Pakistanın cənub-qərbində baş verən silahlı insident zamanı 18 hərbçi həlak olub, 24 döyüşçü zərərsizləşdirilib.