Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə start verib.
Federasiyanın Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, məşq Bakı İdman Sarayında gerçəkləşir.
Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.
Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.