Azərbaycanda 16 yaşlı uşaq atasını öldürdübackend

Biləsuvarda qətl hadisəsi baş verib.

“Yeni Gundem”  xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.