Azərbaycanda Ağcabədidə ötən gün baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatdı – YENİLƏNDİbackend

Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.

“Kia”  markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Report

***

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınları toqquşub.

İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var.

Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır.

APA