Azərbaycanda bu avtomobillərin qiyməti 2-3 min artdıbackend

Benzin qiymətlərindəki dəyişiklik bəzi avtomobillərin qiymətini ucuzlaşdırsa da, bəzilərinin qiymətinin artmasına səbəb olub. Publika.az xəbər verir ki, bunlar əsasən “Chevrolet”in “Cruze” və “Malibu” modelləridir. Belə ki, əvvəllər 92 oktanlı benzinlə normal işləmədiyinə görə qiyməti hədsiz düşən bu modellər bu gün 2-3 min baha qiymətə təqdim olunur.

92 oktan benzinlə işləyən avtomobillərin qiymətində isə ucuzlaşma var.

Qeyd edək ki, ümumilikdə “Chevrolet” dünya bazarında etibarsız avtomobil kimi tanınır.

Məlumat üçün bildirək ki, Aİ-95 markalı benzin 2 manatdan 1 manat 60 qəpiyə düşüb. Bu da həmin benzinə marağı yenidən artırıb.