Azərbaycanda bu qəzetə maliyyə ayrıldı – Baş redaktor 1,5 milyon manat istəmişdibackend

“Azərbaycan” qəzetinə maliyyə yardımı ayrılıb.

Bununla bağlı müvafiq göstəriş verilib.

Qəzetin kollektivi maliyyə yardımı ayrılması ilə bağlı göstəriş verdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Bildirilib ki, artıq neçə illərdir qəzetin abunə və reklamının azalması səbəbindən maliyyə çətinlikləri yaranıb, istehsal prosesinin ahəngində və əməkhaqlarının ödənilməsində problemlərlə üzləşməli olublar.

Xatırladaq ki, bu ilin iyun ayında Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov rəhbərlik etdiyi media subyektinin maddi sıxıntılarla üzləşdiyini söyləyib.

O, çıxışında sistemli pul ayrılmasa, “Azərbaycan” qəzetinin fəaliyyətini dayandıracağını bildirib. Baş redaktor mövcud vəziyyətə uyğun olaraq vurğulayıb ki, hər il qəzetə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir./İqtisadiyyat.az