Prezident İlham Əliyevin Fərmanına əsasən 2019-cu il noyabrın 1-dən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Gundem”-ə bildirilib ki, övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb.
Son 3 ayda, həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb.