Xaçmaz rayonunun Nabran kəndində dava zamanı bıçaqlanma və güllələnmə faktı baş verib.
Rayonun Şimali kənd sakini 45 yaşlı Ramik Rüstəmovla Cami Zalov arasında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər, eyni zamanda Cami Zalov Ramik Rüstəmovun ayağına silahdan atəş açıb, nəticədə o, güllə yarası alıb.
Hadisə zamanı dalaşan şəxsləri ayırmağa çalışan Yalama kənd sakini Şöhrət Şıxmətov da bıçaq xəsarəti alıb.
Ramik Rüstəmov və Şöhrət Şıxmətova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Cami Zalovun hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır./APA