Azərbaycanda dəhşət: Anası və qonşusunu qətlə yetirdi, bir nəfəri isə ağır yaraladıbackend

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

***

13:35

Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib.

Hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Əliyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Əliyevanın başını kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Report