Azərbaycanda DƏHŞƏT: Ata qızını bıçaqladı, sonra intihar etdibackend

Şəmkirdə ata qızını bıçaqlayıb, sonra isə intihar edib.

Hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.

1940-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib.

Yaralı xəstəxanaya aparılıb.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb./Report