“Evimdə 15 il əvvəlki köhnə televizordur. Almıram yenisini, çünki baxmıram. Valideynlərim müəllim olub, nəyisə maaşdan maaşa etmişik. Bir paltarla 2 il gəzmişəm. Bunu ağlamaq üçün demirəm. Bunların sayəsində güclü olmuşuq”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova “Özəl” proqramında deyib. Verilişlərə gec-gec qatıldığını deyən sənətçi evinə televizor almadığını vurğulayıb.