Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.
Ötən həftə Tovuzda baş tutan ilk oyunda meydan sahibləri cütün favoriti göstərilən rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı.
Baş məşqçi Ayxan Abbasovun “Sabah”la oyunda əsas heyət üzvlərini qoruması oyunun maraqlı və gərgin keçəcəyindən xəbər verir. Çempionluğu əldən verən “Neftçi” üçün kubok mübarizəsinin son şans olması da qarşılaşmaya əlavə rəng qatır.
Klubun sponsor şirkətinin rəhbəri Ehtiram Quliyev də məlum görüşə xüsusi önəm verir. “Huner Group”un təsisçisi sosial şəbəkə hesabında oyunla bağlı paylaşım edib:
“Yolumuz da, sevdamız da, hətta komandamız da “Turan”dır.
Dostlar, hamınızı Azərbaycan kubokunun yarımfinal oyununa – “Turan”ı dəstəkləməyə dəvət edirəm. Qeyd edim ki, ilk oyun “Turan”ın “Neftçi” üzərində 1:0-lıq qələbəsi ilə yekunlaşıb.
Dəstək olaq və ev oyunlarında ən çox azarkeşi olan “Turanı”ı qəriblikdə qoymayaq”.
Aprelin 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 20.00-da başlayacaq.