Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.
“Yeni Gundem” xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Məlumata görə, Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirib.
Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.