Azərbaycanda məşhur bazarda YANĞINbackend

Gəncədə bazarda yanğın olub.

Şəhərin Mahrasa bağı qəsəbəsində yerləşən bazarda qəfildən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın səhər saat 05:00 radələrində süd məhsulları satılan rəfdə baş verib. Həmin ərazidə olan soyuducular və məhsullar yanaraq yarasız hala düşüb.

Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub./APA