Azərbaycanda polkovnik vəfat etdibackend

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının orkestr rəisi olmuş, polkovnik Mahir Əsgərov vəfat edib. “Yeni Gundem” unikal-a istinadən xəbər verir ki, mərhum xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Əsgərov uzun illər Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestrinin dirijoru olub.