Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanır.
Bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır.
Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq, aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması da qrupun fəaliyyət planına daxil edilib.
Trend