Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.