«Şahdağ» bir neçə illik fasilədən sonra fəaliyyətini bərpa edib.
Qusar klubu növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq.
Şimal təmsilçisi bununla bağlı AFFA-nı məlumatlandırıb.
«Şahdağ» rayonun İcra Hakimiyyəti və yerli iş adamları tərəfindən dəstəklənir.
Eyni zamanda, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev də komandaya maliyyə ayırmağa razılıq verib.
Məqsəd Region Liqasında çempion olub, II Liqaya vəsiqəə qazanmaqdır.