Azərbaycanda tələbə vəfat etdibackend

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu haqda məlumatı universitetin mətbuat katibi Kəmalə Namazova şəxsi feysbuk səhifəsində paylaşıb.

Tələbənin hansı xəstəlikdən və səbəbdən öldüyü hələ ki, məlum olmayıb.

Qeyd edək ki, vəfat edən tələbənin universiteti fərqlənmə ilə bitirəcəyi gözlənilirdi.