Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq.
“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.
Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.