Azərbaycanda yol qəzaları ilə bağlı – DƏHŞƏTLİ STATİSTİKAbackend

2024-cü ilin iki ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat

Bakı şəhər DYP İdarəsindən “Yeni Gundem”-ə verilən məlumata görə, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.