Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yollarının qeydiyyatı, indeksləşdirilməsi və adlarının verilməsi Qaydaları”nda dəyişiklik edib.
“Yeni Gundem”-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sənəd yeni və ya adı olmayan avtomobil yoluna ad verilməsi prosedurunu müəyyən edir.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yeni salınan avtomobil yolunun və ya adı olmayan avtomobil yolunun adı ilə bağlı müraciət etdikdə, müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada 21 iş günü müddətində həmin avtomobil yoluna adı verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin və bu barədə üç iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə məlumat versin.