Dünyaca məşhur kamança ifaçısı, bəstəkar Mark Eliyahunun Azərbaycandakı konsertləri ləğv olunub.
“Yeni Gundem” xəbər verir ki, bu barədə yəhudi əsilli sənətçi instaqram səhifəsində məlumat yayıb.
O qeyd edib ki, Bakı, Gəncə və Tbilisidə səhnəyə çıxmayacaq. Buna səbəb onun səhhətində yaranan problemdir. Konsert isə qeyri-müəyyən bir vaxta təxirə salınıb.
Konsert təşkilatçılarından “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə və Bakı konserti üçün alınan biletlər geri qaytarılır:
“Təəssüflər olsun ki, konsert təxirə düşüb. Yeni bir tarixin müəyyənləşməsi üçün M. Eliyahunun prodüserindən məlumat gözləyirik. Tamaşaçılar “İticket.az”a və Gəncə Filarmoniyasının kassalarına müraciət edərək biletləri qaytara bilərlər”.