Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaqbackend

Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. Belə ki, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.

Ümumilikdə, dəmiryolu xəttinin yenidən qurulması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılmasına imkan verəcəyi bildirilir.