“Azərbaycanfilm”də nə baş verir? – Rəhbərlik istefa verdibackend

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.