Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.
Nikah səviyyəsi Qarabağ (5), Şərqi Zəngəzur (4,9), MilMuğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Qeyd edək ki, bundan əvvəlki rəqəmlərdə boşanmaların sayında artım müşahidə olunurdu. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,8-dən 2,1-ə qədər artmışdı.