Azərbaycanın bu şəhəri işıqsız qaldıbackend

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Fasilə 6 kv-luq “Karxana -61” hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq./Report