Azərbaycanın əməkdar artisti dünyasını dəyişdibackend

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov vəfat edib.

“Yeni Gundem”-in məlumatına görə, o, bu gün dünyasını dəyişib.

Məlumatı mərhumun bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov da təsdiqləyib.

Y.Eyvazovun uzunsürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Y.Eyvazov Xalq artisti Şəfiqə Eyvazovanın qardaşıdır.