Azərbaycanın “Eurovision 2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
“Yeni Gündəm”-in verdiyi xəbərə görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək tədbirdə ölkəmizi müğənni Samirə Əfəndi təmsil edəcək.
Yarışmanın 18, 20 və 22 may tarixlərində Rotterdamda keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision”ın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.