“Diplomatiya mümkün olmayanı mümkün edən termindir. Biz buna tariximizdə şahid olmuşuq”.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib:
“Milli diplomatiyanın gücü də burada xüsusi rol oynayır. Məhz elə Azərbaycanın milli gücü uğurların qazanılmasına kömək olub”.