Azərbaycanın tanınmış həkimi, uzun illər tibb sahəsində rəhbər vəzifələrdə çalışan tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyova vəfat edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onunla bir yerdə çalışan həkimlər bildiriblər.
Qeyd edilir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Leyla Seyidbəyova ötən gecə dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Leyla Seyidbəyova uzun müddət Bakı şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2012-ci ildən 2018-ci ilədək isə Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsini idarə edib. 2018-ci ildən 2022-ci ilə qədər isə 7 saylı doğum evində baş həkim vəzifəsində çalışıb. 2022-ci ildə isə təqaüdə göndərilib.
Xatırladaq ki, Leyla Seyidbəyova Azərbaycanda həkim ailəsi kimi tanınan Seyidbəyovlardandır. Onun qardaşı məşhur hakim Ənvər Seyidovdur.