Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların qiymətli kağızları ilə bağlı qayda qüvvəyə minibbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” oktyabrın 31-dən qüvvəyə minib.

Yeni qayda beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanmış və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.

Qaydanın tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycana sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.