“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam, məsuliyyəti üzərimə götürürəm” – Paşinyan ŞOK AÇIQLAMAbackend

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”./Report