Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, erməni katolikosunun açıqlamaları dindar adam üçün qəbuledilməzdir. Dindarlar müharibəyə deyil, sülhə çağırmalıdırlar. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyalarının qurbanına çevrilməsi ilə bağlıdır. Dini liderlərin siyasətə müdaxiləsi yanlışdır. Biz erməni kilsəsini dostluğa çağırırıq”-, deyə o qeyd edib.
Fərahim Rəhimov