Azərbaycanlı iş adamı Rusiyada vəfat etdibackend

Rusiyada azərbaycanlı iş adamı vəfat edib.

“Yeni Gundem” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib.

Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Cəlilabad rayonunun Moranlı kəndində torpağa tapşırılıb.