Azərbaycanlı keçmiş məmura ABŞ-də yüksək vəzifə verildibackend

Mədəniyyət Nazirliyinin sabiq Aparat rəhbəri Vasif Eyvazzadəyə ABŞ-də yüksək vəzifə verilib. “Qaynarinfo” xəbər verir ki, o, Cons Hopkins Universitetinin yüksəkvəzifəli heyətinin tərkibində bu təhsil ocağının “Jhpiego” beynəlxalq təşkilatının Qlobal insan resurslarının Müxtəliflik, Bərabərlik və İnklüzivlik üzrə müdiri vəzifəsinə təyin olunub.

Azərbaycanlı keçmiş məmur ABŞ-də bu vəzifəni tutan ilk menecerdir.

O bildirib ki, yeni vəzifəsi ilə “Jhpiego” təşkilatının ABŞ və 35-dən çox ölkədə fəaliyyət göstərən ofislərinin əməkdaşları arasında irqi, milli, mədəni, dini, gender, sosial və fiziki status müxtəlifliyi, bərabərliyi və inklüzivliyi təmin edən siyasət, strategiya və layihələrin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edəcək, eyni zamanda bu sahədə təşkilatın ümumi siyasətinin formalaşdırılmasına, Cons Hopkins Universiteti, həmçinin beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın qurulmasına dəstək verəcək.

Xatırladaq ki, V.Eyvazzadə 2020-2021-ci illərdə Azərbaycanın Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.