Azərbaycanlı bəstəkar Ruhin İsmayılov Amerikanın nüfuzlu Cinetools şirkətilə anlaşıb.Bu barədə bəstəkar “Yeni Gündem”-e özü məlumat verib.
Xatırladaq ki, Ruhin İsmayılov Türkiyənin nüfuzlu şirkəti olan “Avşar film” şirkətinin istehsal etdiyi “Rüzgar” filminin musiqisinin bəstəçisi olub. Uğur qazanmış “Rüzgar” filmi 2018-ci ilin yanvarında yayımlanıb.
Filmdə baş rollarda Halil Sezai,Belcim Bilgin,Ataberk Mutlu kimi tanınmış aktyorlar çəkilib.
Məşhur bəstəkarımızın bildirdiyinə görə o həmçinin hazırda bir serial üzərində işləyir:
“Musiqisi mənə məxsus olan həmin film bu yaxında yayımlanacaq. Eyni zamanda Hollivudda fəaliyyət göstərən Cinetools,Loopmasters, Freaky Loops kimi nüfuzlu musiqi və sound fx şirkəti ilə müqavilə bağlamışam. Üzərində çalışdığım Azərbaycan milli alətlərini bütün dünyaya tanıtmaq üçün bu şirkətlə bərabər “Şərq alətləri” adında layihəni reallaşdırırıq və buna görə hal-hazırda Bakıdayam.
Bu yolda mənə dəstək olan Cinetools Loopmasters şirkətləri şəbəkəsinin təsisçisi Utku bəy və Volkan Sönmez qardaslarına çox təşəkkür edirəm.Yaxında daha böyük və geniş layihələrlə dünya musiqi bazarında görüşmək diləyilə!”