“Gümüşə, bijuteriyaya pul vermirəm. Onlara pul xərcləməyə heyifim gəlir. İki zinət əşyası olsun, amma dəyərli və qiymətli olsun”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva ATV-də yayımlanan “7 canlı” axşam şousunda deyib.
Sənətçi verilişdə barmaqlarını bəzəyən bahalı üzüyündən danışaraq, qiymətini açıqlayıb:
“Sadə bir aksesuara pul verəndə elə bilirəm ki, o pulu saldım itirdim. Qaşsız zinət əşyalarını sevirəm. Amma qaşlı olan qızıllarım da var. Əlimdə gördüyünüz bu üzüyün qiyməti 4000 manatdır. O qədər zinət əşyalarımı itirmişəm ki…”
Qeyd edək ki, M.Musayeva iki dəfə ailəli olub, boşanıb. Hazırda müğənni subaydır.