Müğənnini təhqir edən şəxslə davaya çıxan idmançı onu görüşə çağırıb
Müğənni Dəniz Firudinlinin sosial media hesabında paylaşdığı foto münaqişəyə səbəb olub.
“Yeni Gundem” aznews.az-a istinadən xəbər verir ki, müğənninin əyilərək poz verdiyi fotoya yazılan şərh onun kikboks üzrə dünya çempionu olan əri Samir Kazımovu özündən çıxarıb.
Müğənnini təhqir edən şəxslə davaya çıxan idmançı onu görüşə çağırıb. Söz-söhbətin böyüdüyünü görən müğənni sözügedən fotonu silmək məcburiyyətində qalıb.
Qeyd edək ki, bu, Dənizin ikinci evliliyidir. Onun iki övladı var.