Zaur Nəbioğlu “1 dəqiqə” verlişində qonağı olan Mətanət Əsədovaya “Heç olubmu ki, özünüzü öldürmək istəmisiniz?” sualı ilə müraciət edib.
“Yeni Gündəm” xəbər verir ki, xanım sənətçi bir dəfə intihar etmək istədiyini boynuna alıb:
“Anam dünyasını dəyişəndə intihar etmək istəyirdim. Mamanı buradan rayona dəfn etməyə aparanda buna cəhd etdim. Anamın cənazəsini evdəkilərlə yola saldıq, mən də gəldim ki, öz maşınımı götürüm, bunu qardaşım duydu. Qardaşım gəldi mən sürən maşına oturdu. Mən rayona elə bir yol ilə gedirdim ki, o yoldan maşını uçuruma buraxacaqdım ki, aşsın, mən də ölüm”.