Rusiyada məşhurlaşan azərbaycan stilis Vlad Lisovetsə xərçəngin son mərhələsi diaqnozu qoyulub. OLAY yazır ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Beləki, ulduz stilist üçün çətin günlər 2024-cü ilin payızında baş verib. Bildirilib ki, səhhətindən şikayət edərək xəstəxanaya gedəndə xərçəng xəstəliyindən xəbər tutub.
Məlumatına görə, terapiyanın ilk mərhələsi gözlənilən nəticəni verməyib.
Bundan əlavə, kimyaterapiya kursundan sonra 52 yaşlı stilist güclü saç tökülməsi ilə üzləşib. İndi onkoloji şuranın onun üçün sonrakı müalicəni seçəcəyi gözlənilir.
Vlad Lisovets özü hələ səhhəti ilə bağlı xəbərlərə münasibət bildirməyib.