“Azercell” məhkəməyə verildibackend

“Azercell Telekom”la bağlı məhkəmədə iddia qaldırılıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Azercell”ə bağlı məhkəməyə Həsənova İsmət Süleyman qızı müraciət edib. O, “Azercell”in ona vurduğu mənəvi zərərin ödənilməsini tələb edir.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
İşə 18 mart tarixində Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.