Rəsulzadə qəsəbəsinin sakinləri “Azərcell”in şəbəkəsindən narazıdırlar.
Bu barədə AFN.az-ın redaksiyasına müraciət edən Əli Məmmədov küçəsinin sakinləri bildirirlər ki, operatorun şəbəkəsi keyfiyyətsizdir.
“Əvvəl Rəsulzadə qəsəbəsində Klubun yanı deyilən ərazidə problemlər yaşandı, şəbəkə zəiflədi, tutmadı. Sonra da bütün qəsəbə ərazisini, xüsusilə Əli Məmmədov küçəsini əhatə etdi”.
Sakinlər iddia edirlər ki, şirkət ötürücü stansiyanın yerini satıb, indi yeni yer tapa bilmir stansiya quraşdırmağa: “Meqabaytlarımız batır, vayfay olmasa, biabırçılıqdı, bizə zəng çatmır. Evlərdə set yoxdur. Stansiyanın yerini satıblar. 2022-də söz verdilər ki, uzağı 2023-ün fevralına düzələcək. 2024-ün fevralındayıq, amma vəziyyət eynidir, düzəlməyib”.
Mövzu ilə bağlı “Azercell” şirkətinə sorğu ünvanlasaq da, cavab verilmədi.