“Azercell Telekom” və Şəki Regional “ASAN Xidmət” Mərkəzi məhkəməyə verilib.
Hər iki qurumla bağlı iddianı Ramazanov Eldəniz Aydın oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı borc müqaviləsi üzrə mübahisə səbəbindən məhkəməyə üz tutmaq məcburiyyətində qalıb.
İşə Şəki rayon Məhkəməsində baxılır. 8 oktyabr tarixində hazırlıq iclası keçiriləcək. İş hakim Elşən Vəliyevin icraatındadır.
Xatırladaq ki, “Azercell Telekom”la bağlı bu ilk iddia deyil. Qarşıdakı günlər ərzində məhkəmələrdə “Azercell”ə bağlı 12 işə baxılacaq.
Qeyd: “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır./Tribunainfo.az