backend

Türkiyədə yaşayan və “azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynalova sözləri və musiqisi özünə aid olan “Bir adam var” adlı mahnısına klip çəkdirib.

“Yenigundem” xəbər verir ki, ekran işinin çəkilişlərində ifaçı evindəki pianinodan istifadə edib. O öz açıqlamasında qeyd edib ki, bu onun cehizidir: “Azərbaycanda bütün gənc qızların evində cehiz pianino var. Bu da mənim cehizimdir”. Qeyd edək ki, lirik mahnı Türkiyədə, Müzik Ölmezin studiyasında lentə yazılıb və rejissor İrem Haykır mahnıya ekran həyatı verib. Çəkiliş zamanı ifaçının başına iş gəlib. O, barmağını zədələdiyini də söyləyib. Qeyd edək ki, İ.Haykır Yıldız Tilbe, İrem Derici, Nil Karataş, İpek Demir, Nihayet və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.