“Yeni Gundem”-in sosial şəbəkə hesabına “Azərişıq”da baş verən qanunsuzluqlarla bağlı izləyici tərəfindən məlumat daxil olub.
İzləyici tərəfindən daxil olan məlumatı olduğu kimi təqdim edirik:
Vətəndaş qeyd edir ki, əmək müqaviləsi üzrə həftədə 5 gün 40 saat olmaqla işləməli olduqları halda, qanunsuz olaraq 6-cı və bazar günləridə işləyirlər.
Qanuni məzuniyyəti olan işçilər 1 həftə yada 10 gün rəisin yanına girib boynunu büküb icazə alırlar.Qeyri qanuni ərazidə işıq kəsirlər.Haqqımı tələb etdiyim üçün 10 illik iş fəaliyyətim üzərindən xətt çəkib işdən çıxarıblar.Çirkli pullar qazanılır.İdarə rəhbəri müəyyən insanlara səlahiyyətlər verilib.İnsan resurslarında Həvva adında xanım hegemonluq edir, evinə yaxın olan rayonlarda işləmək istəyən işçilərin ərizələri təsdiqlənmir.Azərişıq bütün rayon idarələri bu vəziyyətdədir.Mən 2022-ci ilə qədər Yasamal rayonunda çalışmışam.
“Azərişıq” asc-ə müraciət etsəkdə, müraciətimiz cavabsız qaldı.