Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir.
“Yeni Gundem” xəbər verir ki, Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndləri də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır.
Hazırda kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq.
Qeyd edək ki, “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.