Nazirlər kabinetinin müvafiq qərarından və qurumun əsasnamsində nəzərdə tutulmuş normativ göstəricilərdən irəli gələrək, İstilik 61 dərəcə verilməli təqdirdə, jurnalist araşdırması zamanı sözugedən qurumun balansında olan, 66 saylı Qazanxanasının temperatur şkalasında 51 dərəcə istilik ötürmə aşkarlandı! Özü də dəfələrlə ayrı-ayrı günlər üzrə.
Qeyd edək ki, tarif qiymətləri üzrə də qurum tərəfindən cari ildən istilik, abonentlərə yeni artım qiyməti ilə (1kv.m üçün 12qəp-dən 15 qəpiyə) istehlak olunur. Yaşadığı mənzilin sahəsi 60kv.m olan abonetlər, əvvəllər aylıq olaraq 7 AZN ödəniş haqqı ödəyirdilərsə, indi bu məbləğ 2 AZN artırılaraq 9 AZN ödəmək məcburiyyətindədirlər…
Hələ bu azmış kimi hətta Qazanxanadan çıxan istilik, 10 dərəcə aşağı olaraq 51 dərəcə ilə mənzillərə ötürülür. Bu qeyd etdiklərimizin əyani sübutunu məhz Nizami rayon 229 saylı tam orta məktəblə üzbəüz ünvanda quraşdırılmış 66 saylı Qazanxanada gördük.
Qazanxana binasından bu massivdəki 60 mənzilli ,5 mərtəbəli 23 sayda yaşayış binalarına 159 mm-lik metal boruların Trayektoriyaboyu isti suyun axarkən temperatur itkisini də nəzərə alsaq, bu dərəcə göstəricisi mənzillərdə qat-qat aşağı, təxminən 41 dərəcəyə düşərək mənzillərə çatmış olur.
Şaxtalı fevral ayını da məxsusi nəzərə alsaq, o zaman bu müzakirə mövzusu, daha geniş aktual hal alır desək, yanılmarıq!
Bundan irəli gələrək də nəticədə, mənzillərdəki temperaturun aşağı olmasına rəğmən sakinlər, cərəyanla işləyən elektrik qızdırıcılarindan istifadə etmək məcburiyyətində qalaraq ikiqat xərcə düşməli olur.
Başqa sözlə, abonentər İstiliyin normal verilməsi zamanı elektrik islədicilərinə görə aylıq 10 AZN işıqpulu verirdilərsə, İndi bu Qazanxana rəislərinin vəya Ümumilikdə Azəristiliktəchizatın etinasız yanaşaraq xidmət aparması nəticəsində ifrat elektrik istifadə etməyindən irəli gələrək abonentlər 20 manat ödəmək məcburiyyətində qalırlar. Bu da həmin abonentlərin sosial durumuna mənfi təsir etməklə bərabər kütləvi şəkildə böyük haqlı narazılığa gətirib çıxardır.
Belə olacağı təqdirdə isə istilik üçün Qurumun istifadə etdiyi qazın qənaətini də qeyd etsək, sənəd üzərində artıq milyon manatlarla ölçülən maliyyə fırıldağını da müzakirə mövzusu kimi ortaya çıxarmış olur.
Başqa sözlə, istilik qiymətinin 2 AZN-lik artım qiymətini 2 milyon say göstəricisindənki abonentə də vursaq, hər ay üzrə düz 4 milyon AZN əlavə qazancı özündə ehtiva etmiş olur Azəristiliktəchizat ASC üçün.
İndi maraqlıdırki, qurumun Abonentlərlə iş üzrə şobəsinin rəisi Rafiq Əliyev, bu baş verənlər barəsində hansı düzgün açıqlamanı vəya mövqeyini ortaya qoyacaq?
Bütün bu baş verən xoşagəlməz hallara rəğmən İlham Mirzəliyevin rəhbəri olduğu sözügedən qurumda Təcili surətdə Azərbaycan Respublikasının Hesablama palatasının və digər təftişedici dövlət qurumlarının yoxlama aparılmasını, vətəndaşlara bucür xidmət göstərən əməkdaşların bu” tapşırığın” kimlər tərəfindən həyata keçirməsini araşdırılıb məsuliyyətə cəlb olunmasını xahiş edirik.
Mövzunu diqqətdə saxlayırıq.
Xəyyam Qurbanlı.