Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad QUMARDIR. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar.
Amma bizim ölkəmizdə qumar rəsmən qadağan olsa da, faktiki olaraq qeyri-rəsmi şəkildə RƏSMİ qurumlarımız tərəfindən himayə olunmaqdadır… Necə? “Azərlotereya”nın timsalında…
Dia-az.info bildirir ki, zaman-zaman öz fəaliyyəttlərinin qumar olmadığına tersiz israr edən “Azərlotereya” rəsmiləri üçün aşağıda təqdim edəcəyimiz video bi sübut… bir dəlildir…
Bəri başdan bildirək ki, bu videoda danışılanlar əslində bir gəncin yox, minlərlə gəncin üz-üzə qaldığı bədbəxtçilikdir ki, bunun da məhz səbəbbi qumar mərəzidir.
Videoda danışan gəncimiz deyir ki, o da “Azərlotereya”nın “Poz Qazan”ı ilə başlayıb… Beləliklə…